ABŞ Türkiyənin hərbi əməliyyatına qarşıdır

0

ABŞ Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qəti şəkildə qarşı çıxır.

Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Türkiyənin müdafiə naziri Hulusi Akarla telefon danışığı zamanı deyib.

O, Suriyanın şimalında hərbi əməliyyatların genişlənməsindən, son hava hücumlarından narahatlığını ifadə edib:

“Bu, əməliyyatlardan bəziləri İŞİD-i məhv etmək üçün Suriyada yerli tərəfdaşlarla işləyən ABŞ hərbi heyətinin təhlükəsizliyini birbaşa təhdid edib”.

Pentaqon rəhbəri tərəfləri Suriyada gərginliyi azaltmağa çağırıb. Eyni zamanda, o, İstanbul partlayışı, Türkiyənin cənubunda törədilən sonrakı hücumlar nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib və ABŞ və Türkiyə arasında strateji münasibətlərin əhəmiyyətini bir daha təsdiqləyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »