Daha bir SEPAH zabiti İsfahanda öldürüldü

0

İsfahanda noyabrın 28-i İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitinə sui-qəsd edilib.

Bu barədə əyalət valisinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədrza Cannisari İran mediasına deyib.

Bildirilir ki, naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində yaralanan SEPAH zabiti xəstəxanada həyatını itirib.

O, zabitin kimliyi barədə hər hansı açıqlama verməsə də, sui-qəsdçinin saxlanılması üçün axtarış əməliyyatlarının başladığını deyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »