İranda Türkiyəyə “məlumat ötürən şəxs” saxlanıldı

0

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi əməkdaşları Tehranda sosial şəbəkə fəalını Türkiyə mediasına informasiya göndərdiyi üçün həbs edib.

Bu barədə SEPAH məlumat yayıb.

Məlumatda Tehranın yaxınlığındakı Pərdis şəhərində bir nəfərin xaricdə yerləşən əks-inqilabçı qüvvələrə və Türkiyə mediasına foto və məlumatlar göndərdiyinə görə saxlanıldığı bildirilir.

Saxlanılan şəxsin kimliyi və onun hara aparıldığı barədə əlavə məlumat verilməyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »