Hər kəs bunu gördü, Zelenski cavab verməlidir – Volodin

0

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı hərbi əsirlərə verilən işgəncələrə görə tribunal qarşısına çıxarılmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Hər kəs ukraynalı nasistlərin silahsız, uzanmış vəziyyətdə olan əsgərlərimizi gülləbaran etməsinin sübutunu gördü. Faşistlər belə davranırlar. Kiyev rejimi öz vəhşiliklərinə görə ən ağır cəzaya layiqdir”, – Volodin bildirib.

Qeyd edək ki, noyabrın 18-də sosial şəbəkələrdə Ukrayna hərbçiləri tərəfindən rus əsgərlərinin güllələnməsini əks etdirən videolar yayılmışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »