Türkiyədəki terror aktında yaralananların son VƏZİYYƏTİ

0

İstanbulda törədilən terror aktında yaralananların vəziyyəti açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” hesabında məlumat yayıb.

Bildirilir ki, yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanadakı 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, terror aktı zamanı 6 nəfər həlak olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »