İstanbulda törədilən terror aktında yaralananların vəziyyəti açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” hesabında məlumat yayıb.
Bildirilir ki, yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanadakı 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, terror aktı zamanı 6 nəfər həlak olub.
Comments are closed.