İsmayıllıda ağır qəza, ölən var

0

İsmayıllı rayonunun İvanovka kəndinə gedən yolda 1958-ci il təvəllüdlü Fazil Firudin oğlu Abdullayev idarə etdiyi “Kia Sorrento” markalı avtomobillə yaşadığı Soltan kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

İctimairey.az Report-a istinadən xəbər verir ki, avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Fatma Xasay qızı Abdullayeva hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Ələkbərova Nübar müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »