İsrail narahatdır: İran bu ölkə ilə yaxınlaşır

0

Ukraynaya hücum etmək üçün İran pilotsuz təyyarələrinin tədarükü fonunda Rusiya və İran arasında təhlükəli yaxınlıq İsraili getdikcə daha çox narahat edir.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid “Yerusəlim Post” qəzetinə müsahibəsində deyib.

“Gördüyümüz işin bir hissəsi Rusiya ilə İran arasında yaranan çox təhlükəli yaxınlıq ilə bağlıdır. Bu, gözardı edəcəyimiz və ya heç nə etməyəcəyimiz bir şey deyil… Ona görə də hər gün vəziyyəti nəzərdən keçirməli və cavab verməliyik”, – Lapid bildirib.

Baş nazir qeyd edib ki, İsrail ABŞ ilə sıx məsləhətləşmələr aparır. O, bu yaxınlarda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də danışdığını xatırladıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »