ABŞ Bakı və İrəvan danışıqlarında aktivləşir

0

ABŞ Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində ən yüksək səviyyədə iştirakını davam etdirəcək.

Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

Praysın sözlərinə görə, Dövlət katibi Entoni Blinken bu yaxınlarda Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları aparıb:

“Bundan əlavə, tərəflərlə daimi əlaqələri ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Filip Riker aparır. Konkret nəticələr vəd edilə bilməz, lakin proses ABŞ üçün prioritet olaraq qalır”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »