Moskvada terrora hazırlaşan ukraynalı SAXLANILDI

0

Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva vilayətində İqla MANPADS-dən istifadə etməklə terror aktları hazırlayan Ukrayna Təhlükəsizlik Xidmətinin agentini saxlayıblar.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, 1972-ci il təvəllüdlü saxlanılan şəxs Moskva vilayətində təxribat törətməyi planlaşdırıb.

O, SBU-nun göstərişi ilə avtomobildə təchiz olunmuş anbarda terror aktı törətmək üçün Kiyevdən Rusiyaya Estoniyadan tranzit yolu ilə iki ədəd “İqla” portativ zenit-raket kompleksini gətirib.

Axtarışlar zamanı şübhəli şəxsdən silah-sursat və rabitə vasitələri götürülüb.

FTX bildirib ki, şəxs əməlini etiraf edib və istintaqla əməkdaşlıq edir.

Faktla bağlı mütəşəkkil dəstə tərəfindən qanunsuz silah əldə etmə, ötürmə, satma və saxlama maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 4-cü hissəsi) cinayət işi başlanıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »