BMT Rusiyaya qarşı qətnaməni müzakirə edəcək

0

BMT Baş Assambleyası bu gün keçiriləcək xüsusi sessiyada Rusiyanın Ukraynanın dörd bölgəsinin ilhaqını pisləyən qətnamə layihəsinin müzakirəsinə başlayacaq.

Bu barədə AFP məlumat yayıb.

Qətnamə bütün dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırır və rus qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edir.

“Əgər BMT sistemi və beynəlxalq ictimaiyyət Baş Assambleya vasitəsilə ərazilərin ələ keçirilməsinə dair qanunsuz cəhdlərə reaksiya verməsə, biz çox çətin vəziyyətdə qalacağıq”, – AB-nin BMT-dəki səfiri Olof Skooq bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »