Putin Şoyqunu vurur: Kadırov nazir olacaq?

0

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun işdən çıxarılması üçün zəmin hazırlayır, müharibədə məğlubiyyətin məsuliyyətini ona yükləməyə çalışır.

Axar.az xəbər verir ki, bu fikirləri ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISV) ekspertləri paylaşıb.

“Putin Şoyqunu hərbi uğursuzluqlarda ittiham etməyə davam etmək niyyətindədir. Bununla da o bəzi qrupların, ilk növbədə, güc strukturları arasında dəstək qazanmaq istəyir. Sonra isə Şoyqunu vəzifədən çıxaracaq. Şoyqunu vəzifədə iki namizəd əvəz edə bilər. Putin artıq bunun üzərində işləyir. Bu, “Vaqner” muzdlu hərbi qrupunun yaradıcısı Yevgeni Priqojin və ya general-polkovnik rütbəsinə layiq görülmüş Çeçenistanın başçısı Ramzan Kadırov ola bilər”, – deyə amerikalı analitiklər hesab edirlər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »