Rusiyanın dəhşətli silahı: Heç bir müdafiə yoxdur…

0

NATO kəşfiyyatının alyansın komandanlığına verdiyi məlumata görə, Rusiya “Poseydon” hipersəs sualtı qayığını sınaqdan keçirə bilər.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın “Repubblica” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, NATO xüsusi xidmət orqanlarının hesabatında nüvə pilotsuz qurğusu buraxa bilən Karsk dənizindəki çoxməqsədli “Belqorod” nüvə sualtı qayığının döyüş növbətçiliyindən bəhs edilir.

“Poseydon” radioaktiv sunami yarada bilər ki, bu da Nyu York və ya Los-Anceles kimi böyük şəhərləri məhv edə bilər. ABŞ-ın infraqırmızı peykləri dənizin dərinliklərində baş verənləri görə bilmir. “Poseydon” az istilik yaymaq və saatda 100 kilometrdən çox sürətlə səssizcə hərəkət etmək üçün nəzərdə tutulub. Hətta sadəcə sınaq elanı Kremlə Qərblə çəkişmədə unikal qabiliyyəti nümayiş etdirməyə imkan verərdi. Bu silaha qarşı heç bir müdafiə yoxdur”, – məlumatda qeyd olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »