II Qaregin eks-prezidentləri yenidən görüşdürəcək

0

Bütün ermənilərin katalikosu II Qaregin Ermənistanın keçmiş prezidentləri Levon Ter Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın ikinci görüşünü təşkil etməyi planlaşdırır.

“Hraparak” xəbər verir ki, bu barədə Eçmiədzin Kilsəsi məlumat açıqlayıb.

Hazırda tərəflərlə görüşün tarixi razılaşdırılır.

Aralarındakı anlaşılmazlıqlara baxmayaraq, Ermənistanın üç keçmiş prezidentinin II Qareginin təşəbbüsünü davam etdirməyə razılıq vderdikləri bildirilir.

Xatırladaq ki, erməni katalikos eks-prezidentləri ötən həftə görüşdürmüşdü. Həmin görüşdə Ermənistanın düşyüdü ağır hərbi-siyasi vəziyyət müzakirə olunmuşdu. Daha sonra ayrı-ayrılıqda mətbuata geniş açıqlamalar verən sabiq prezidentlər Ermənistan cəmiyyətində böyük səs-küy yaratmışdılar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »