Şiddətli döyüşlər gedir: Ukrayna bu şəhərə irəliləyir

0

Ukrayna qüvvələri Donbasda Liman yaxınlığında mövqelərini möhkəmləndirir və yeni yaşayış məntəqələrini azad edərək şəhərə yaxınlaşmağa davam edir.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Liman bölgəsində şiddətli döyüşlər davam edir və Ukrayna hərbçiləri rus qruplaşmasının son təchizat xətlərini kəsib onları operativ mühasirəyə almağa yaxındırlar. Sentyabrın 26 və 27-də Ukrayna ordusu Limanın şimal-qərbində və şimalında bir neçə kəndi nəzarətə götürüb. Ukrayna artilleriyası Svatovo, Makiyevka və Ternidən şəhərdəki rus qoşunlarının son təchizat marşrutunu atəşə nəzarət altında saxlayır. Baxmut bölgəsindəki (Rusiya qoşunlarının aktiv hücum hərəkətləri etdiyi yeganə Ukrayna şəhəri) vəziyyətə gəlincə, sentyabrın 27-də bu hücumlar uğursuzluqla başa çatıb”, – məlumatda deyilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »