İrandan Rusiyaya verilən PUA-larla bağlı – Açıqlama

0

Tehran Ukraynadakı münaqişə tərəflərindən heç birini dəstəkləmir və həm Kiyevə, həm də Moskvaya silah göndərilməsini yanlış hesab edir.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya verilən PUA-larla bağlı açıqlamasında deyib.

“Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləmiz var. Amma biz müharibənin davam etməsinə səbəb olacaq tərəflərdən heç birini dəstəkləmirik. İstər Ukraynada, istər Yəməndə, istərsə də Fələstində istənilən müharibənin qəti əleyhinəyik. Biz həmçinin Ukraynada sülh və atəşkəsə nail olmaq səylərində iştirak etmişik”, – Abdullahian bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »