Ukraynada daha 500 rus hərbçisi məhv edilib

0

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 500 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 57 min 200 nəfərə çatıb.

Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2290 tank, 4857 zirehli döyüş maşını, 1369 artilleriya sistemi, 330 reaktiv yaylım atəşi sistemi, 172 hava hücumundan müdafiə sistemi, 260 təyyarə, 224 helikopter, 970 PUA, 241 qanadlı raket, 15 gəmi, 3711 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »