İran,Rusiya və Çin birgə hərbi təlim keçirəcəklər

0

İran, Rusiya və Çinin hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.

İctinairey.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri bildirib.

Generalın sözlərinə görə, təlimlər Hind okeanının cənubunda 17 min kvadratkilometr ərazidə təşkil ediləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, hərbi helikopter və təyyarələr də cəlb olunacaq.

İranlı general bildirib ki, təlim zamanı düşmən hücumunun qarşısının birgə alınması taktikası məşq ediləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »