Peskov oğluyla bağlı yayılan videodan danışdı

0

“Oğlum Nikolay ilə özünü hərbi komissarlıq və nəzarət orqanının əməkdaşı kimi təqdim edən məhkum Aleksey Navalnının şəriki Dmitri Nizovtsev arasında söhbətdən xəbərim var. Mən söhbətin tam mətni ilə tanışam. Onlar söhbəti tam yayımlamayıblar”.
Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin oğluyla bağlı yayılan video barədə sualına cavab verərkən deyib.
“Yox, əlavə nəsə deməyəcəm. Bu mənim oğlumla bağlıdır, ona görə də, məcbur deyiləm”,- deyə Peskov jurnalistlərə əlavə məlumat verməkdən çəkinib.
“Populyar siyasət”  internet kanalının aparıcısı Dmitri Nizovtsev kanalın Rusiyada hərbi səfərbərliyə həsr olunmuş yayımı zamanı efirdə Peskovun oğluna zəng vurub
Özünü hərbi komissarlığın nümayəndəsi kimi təqdim edən aparıcı Nikolay Peskova çağırış vərəqəsi göndərildiyini deyərək, onu səhər saat 10-da Moskva Hərbi Komissarlığında tibbi müayinədən keçməyə dəvət edib.

“Bu gün sizə çağırış vərəqəsi göndərilib, orada nömrə verilib, siz o nömrəyə zəng etməli idiniz. Əvvəla siz niyə zəng etmədiniz, ikinci də biz saat 10:00-da gözləyəcəyik, siz komissarlığa gələ biləcəksinizmi”, – deyə jurnalist soruşub.

“Əlbəttə ki, saat 10:00-da gəlməyəcəm. Bilirsiniz ki, mən cənab Peskovam, ora getməyimin nə qədər düzgün olduğunu başa düşməlisiniz. Bir sözlə, mən buna başqa cür cavab verəcəm”, – deyə Peskovun oğlu cavab verib.

Söhbətin sonunda Nizovtsev sorğu vərəqəsində Peskovun oğlunun adının qarşısına könüllü olaraq cəbhəyə getməyə razılıq verdiyini bildirən işarə qeyd etməyin mümkün olub-olmadığını soruşduqda isə N. Peskov belə cavab verib:

“Xeyr, mənə belə işarə qoymağa ehtiyac yoxdur”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »