Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının geniştərkibli iclasını keçirir.
Bu barədə Ermənistan hökumətindən məlumat verilib.
İclasda şura üzvlərindən başqa Ermənistan Prezidenti Vaaqn Xaçatryan, qarabağdakı separatçıların başçısı Araik Arutyunyan, Ermənistan parlamentinin spikeri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və parlamentdəki Mülki Müqavilə fraksiyasının rəhbəri Ayk Koncoryan da iştirak edib.
İclasda Ermənistan-Azərbaycan sərhədindəki gərginlik müzakirə olunub.