Kanada azərbaycanlıları beynəlxalq təşkilatlara müraciət edib

0

Kanadanın Kvebek əyalətində fəaliyyət göstərən Azərbaycan icması Azərbaycanın dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatına etiraz məqsədilə yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyevin imzası ilə yayılan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq törətdikləri təcavüz barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi Ermənistan törətdiyi genişmiqyaslı hərbi təxribatla bağlı ölkə rəsmilərinə müraciət edib. Mərkəzin rəhbəri Lalin Həsənovanın imzası ilə Kanadanın Baş naziri Castin Trüdo və xarici işlər naziri Melani Coliyə ünvanlanan məktubda Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə məlumat verilib.

Cənubi Qafqaz bölgəsində Azərbaycanın təşəbbüsü ilə başlayan normallaşma və sülh prosesinə Ermənistanın zərbə vurmasına görə Azərbaycan əsilli kanadalıların narahatlıq hissi keçirdiyi, rəsmi İrəvanın revanşizm ideyalarına birdəfəlik son qoymasının və sülhə sövq edilməsinin zərurətə çevrildiyi diqqətə çatdırılıb.

Müraciətdə Azərbaycan icmasının Baş nazir Castin Trüdonu və digər rəsmi şəxsləri beynəlxalq müstəvidə Ermənistanın təcavüzkar siyasətini pisləməyə dəvət etdiyi vurğulanıb.

Kanadanın Alberta əyalətində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Mərkəzi (ALACS) də Ermənistanın təcavüzkar siyasəti barədə təxribatı ilə əlaqədar ölkə rəsmilərinə müraciət edib.

Mərkəzin icraçı direktoru Səbinə İsgəndərovanın imzası ilə Kanadanın Baş naziri Castin Trüdo, xarici işlər naziri Melani Joli, senator Leonidas Husakos, parlament üzvləri Qreq Maklin, Casraj Sinqh Hallan, Mişel Rempel, Stefani Kuzi, Pyer Pualyevr və Kanadada Birləşmiş Millətlər Təşkilatı Assosiasiyasına ünvanlanan müraciətdə Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib.

Monreal Kanada–Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə Ermənistanın növbəti  hərbi cinayət barədə  bəyanat ünvanlanıb.

Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə iki ölkə arasında başlanan normallaşma və sülh prosesinə Ermənistanın təcavüzlə cavab verməsinin ilk dəfə baş vermədiyi  nəzərə çatdırılıb. Soydaşlarımız Kanada rəsmilərini və dünya birliyini beynəlxalq müstəvidə Ermənistanın təcavüzünü pisləməyə çağırıblar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »