Dünya bir tikan üzərindədir… Tayvandan flaş açıqlama: Biz onu vurduq!- FOTO

0

Ukraynada müharibə tam sürətlə davam edərkən, Sakit okeanda dünyanı narahat edən hadisələr baş verir. Tayvan ordusu hava məkanına daxil olan İHA-nı vurduğunu açıqlayıb. Bu açıqlamadan bir neçə saat sonra, Çindən bir geri dönüş gəldi.

Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdə…

Ancaq Ukraynadan minlərlə kilometr aralıda da müharibə ehtimalı da var.

Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. Çin işğalına qarşı hazırlıqlarını davam etdirən Tayvandan flaş açıqlama gəlib.

Dünən sərhədi pozan təyyarəyə atəş açdıqlarını açıqlayan Tayvandan gərginliyi bir daha pik həddə çatdıran bir mesaj var.

Çinin Tayvanın Kinmen adasındakı Tayvanın hərbi obyektləri üzərində icazəsiz uçuşları davam edərkən, Tayvan “naməlum” İHA-nın hava məkanına daxil olduğunu açıqlayib.

Tayvan ordusunun Kinmen Müdafiə Komandanlığı lazımi xəbərdarlıqlar edildikdən sonra, bu gün yerli vaxtla 12:30-da pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Komandanlıqdan verilən açıqlamada Çinin gələcəkdə pilotsuz təyyarələrin təqiblərinə qarşı ayıq-sayıq olmağa davam edəcəyi bildirilib.

ÇİNDƏN CAVAB: 14 DÖYÜŞ TƏYYƏSİ GÖNDƏRİB

Tayvanın açıqlamasından sonra, Çindən gözlənilən hərəkət gəlib. İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, Tayvan ordusu Çin sahilləri yaxınlığında hava məkanında pilotsuz uçan aparatı vurduqdan sonra Pekin Tayvan boğazına 14 döyüş təyyarəsi göndərib.

Çin avqustun 4-də Pelosinin səfərindən sonra başlayan genişmiqyaslı dəniz və hava təlimi çərçivəsində Tayvan sularına ballistik raketlər atıb.

Tayvan bəyan edir ki, Çinin təlimləri onun suverenliyini pozur və bu “blokada” deməkdir.Dünya diken üzerinde... Tayvandan flaş açıklama: Düşürdük

Tayvan prezidenti Tsai İnq-ven Tayvanlı qırıcı pilotlarla poza verib…

ABŞ və Tayvan Çini Tayvan boğazında status-kvonu dəyişmək cəhdində ittiham edir.

Pekin rəhbərliyi Tayvanın Çinin bir hissəsi olduğunu iddia edərkən, Çinlə suverenlik münaqişəsi olan Tayvan “müstəqil ölkə” olduğunu bəyan edib.

ABŞ isə Tayvanı müstəqil ölkə kimi tanımır, Asiya-Sakit okean regionunda hərbi ittifaqlarını gücləndirməyə çalışır.

Pekin ABŞ gəmilərinin bölgədəki fəaliyyətini “Tayvanın müstəqilliyinə dəstək siqnalı” və “təxribat” kimi şərh edir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »