SON DƏQİQƏ: Zelenski Rusiya ilə danışıqlar üçün şərt açıqlayıb

0

Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə təmaslardan sonra Rusiya ilə danışıqların yalnız Rusiya qüvvələrinin Rusiyanın nəzarətində olan ərazilərdən çıxarılmasından sonra mümkün olduğunu bildirib.

Mediya xəbər verir ki, Zelenski “Sülh danışıqlarının başlaması üçün, ilk növbədə Rusiya işğal etdiyi əraziləri tərk etməlidir”, – Twitter səhifəsində yazıb.

Lvova səfəri zamanı Ərdoğanın Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi təklif edəcəyi gözlənilirdi.

Rusiya fevralın 24-də Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin xüsusi əməliyyatın məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Dövlət başçısının sözlərinə görə, xüsusi əməliyyat Rusiyanın üzərindən asılmış real təhlükənin qarşısını alıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »