Pentaqon rəhbərinin keçmiş müşaviri hesab edir ki, Ukrayna dünya xəritəsindən yox ola bilər.

Münaqişə tərəfləri yaxın vaxtlarda razılığa gəlməsələr, Ukrayna dünya xəritəsindən silinə bilər, TASS istefada olan polkovnik, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə müdafiə nazirinin müşaviri Duqlas Makqreqorun bəyanatına istinadən xəbər verir.

Onun fikrincə, Qərb ölkələri vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını əməlləri ilə sübut etməlidirlər, əks halda Ukrayna daha çox insan tələfatının və dağıntıların qarşısını ala bilməz.

“Bu, əslində uğursuz dövlətdir, onu dünya xəritəsindən tamamilə silmək olar. Düşünürəm ki, atəşkəs lazımdır. Avstraliya bunu tələb etməlidir, çünki Vaşinqtonda heç kim bunu etmək niyyətində deyil. Mən Berlində, Parisdə və Londonda <…> insanlardan bu ideyaya – atəşkəs və bir növ razılaşmaya təkid etmək üçün artan dəstək haqqında eşidirəm. Çünki bizim son ukraynalıya qədər, döyüşmək imkanımız yoxdur”.

Daha əvvəl Amerikalı mütəfəkkir köşə yazarı Frenk Hovard bildirib ki, ABŞ Ukrayna prezidenti Vladimir Zelenskiyə və ölkə hökumətinə bütün məsələləri Rusiyanın şərtləri ilə sülh yolu ilə həll etməsi üçün, təzyiq göstərməlidir.

Comments are closed.

Tərcümə »