İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin Milli Hematologiya Mərkəzi Kürdəmirdə rayon icra hakimiyyətinin dəstəyi ilə qanvermə aksiyası keçirib.
İctimairey.az xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzində təşkil olunan qanvermə aksiyasında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Humanitar aksiya çərçivəsində hərtərəfli müayinədən sonra 160 nəfərdən çox könüllü donordan qan götürülüb. Azərtac
Comments are closed.