Qriqor Çifçyan İranda din azadlığını alqışlayır

0

 İranın şimal-qərbindəki Erməni Yeparxiyasının arxiyepiskopu Qriqor Çifçyan İran İslam Respublikasının ölkədəki dini etiqad azadlığına diqqətini alqışlayıb.

Çifçyan bu bəyanatı Çaldoran qubernatoru ilə görüşdə verib və əlavə edib ki, müxtəlif dinlərin ardıcılları İranda azadlıqdan istifadə edirlər.

Onun sözlərinə görə, İran İslam Respublikasının düşmənləri həmişə İranı insan haqlarını pozan adlandırmağa çalışırlar, dinlərin ardıcılları isə, burada öz ayinlərini tam sərbəst şəkildə yerinə yetirirlər.

Çifçyan Bədərək mərasiminin keçirilməsində İran rəsmilərinin rolunu yüksək qiymətləndirərək əlavə edib ki, bu addım İranın ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinin hüquqlarına diqqət yetirdiyini göstərir.

İranda hər il ermənilərin Bədərək kimi tanınan Qara Kelisin (qara kilsə) kompleks dini mərasimi keçirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »