SON XƏBƏR; Rusiya Belarusa nüvə başlıqlı İsgəndər-M raketləri vəd edir

0

Prezident Vladimir Putin bildirib ki, yaxın aylarda Rusiya öz müttəfiqi Belarusa nüvə gücünə malik qısa mənzilli raket sistemləri göndərəcək.

Onun sözlərinə görə, “İsgəndər-M” kompleksləri “həm şərti, həm də nüvə ballistik və qanadlı raketlərlə atəş aça bilər”.

Sistemlər 500 km (310 mil) məsafəyə malikdir.

Rusiya ilə Qərb arasında gərginlik prezident Putinin fevralın 24-də Ukraynanı işğal etmək qərarından sonra artıb.

O vaxtdan bəri Putin bir neçə dəfə nüvə silahı haqqında danışıb, bəziləri bunu Qərb ölkələrinə müdaxilə etməmələri üçün xəbərdarlıq kimi şərh edir.

Sankt-Peterburqda çıxış edən cənab Putin həmçinin Lukaşenkonun müraciətinə cavab olaraq, Rusiyanın Belarusun Su-25 hərbi təyyarələrinin nüvə silahı daşımaq üçün, modifikasiyasına kömək edəcəyini bildirib.

Şənbə günü ayrı bir tədbirdə Ukrayna bildirib ki, Rusiya qüvvələri həftələrlə davam edən ağır döyüşlərdən sonra, şərqdə yerləşən Severodonetsk şəhərini “tamamilə işğal ediblər”.

Şəhərin alınması o deməkdir ki, Rusiya indi demək olar ki, bütün Luqansk vilayətinə və qonşu Donetskə, geniş sənaye Donbası təşkil edən iki bölgəyə nəzarət edir.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü gecə saatlarında videomüraciətində Rusiya tərəfindən işğal olunmuş “bütün şəhərlərimizi” geri qaytaracağına söz verib.

Amma o, Rusiya ilə müharibənin emosional baxımdan çətin mərhələyə qədəm qoyduğunu, daha nə qədər zərbə və itki olacağını bilmədiyini söyləyibdi.

Gecə saatlarında Rusiya Ukraynanın şimal və qərbindəki hədəflərə raket zərbələri endirib. Kiyevin qərbində, Sarnı şəhərində ən azı üç nəfər ölüb və daha çox adam dağıntılar altında qala bilər, yerli rəsmi bildirib.

Ukrayna raketlərin bir hissəsinin Belarusdan atıldığını bəyan edib. Belarus Rusiyaya maddi-texniki dəstək verib, lakin rəsmi olaraq onun ordusu münaqişədə iştirak etmir.

Ukrayna kəşfiyyatı bildirib ki, raket zərbələri Kremlin Belarusu müharibəyə sürükləmək cəhdlərinin bir hissəsidir.

Rusiyanın Severodonetsk şəhərini ələ keçirməsi, ABŞ prezidenti Co Baydenin NATO danışıqlarından sonra, G7 sammiti üçün Almaniyaya uçduğu bir həftəlik Qərb diplomatiyasından əvvəl baş verir.

Qərb alyansı son aylarda gərginlik və yorğunluq əlamətləri göstərib, lakin Böyük Britaniyanın baş naziri Boris Conson şənbə günü Ukraynanın Rusiya ilə döyüşdə qalib gələ biləcəyini söyləyibdi.

“İndi Ukraynadan əl çəkməyin vaxtı deyil”.

Şənbə günü Sankt-Peterburqda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə televiziya ilə görüşdə Putin deyib: “Biz qərara gəldik: yaxın bir neçə ay ərzində “İsgəndər-M” taktiki raket sistemlərini Belarusa təhvil verəcəyik.

Onun sözlərinə görə, transferin bütün detalları iki ölkənin müdafiə nazirlikləri tərəfindən işlənəcək.

“İsgəndər” raketləri artıq NATO üzvləri Litva və Polşa arasında Rusiyanın Baltikyanı kiçik eksklavı olan Kalininqradda yerləşdirilib.

İki prezident Litvanın Moskvanı qəzəbləndirən Kalininqraddan bəzi mallara qadağa qoyması qərarını da müzakirə ediblər.

Belarus lideri Litvanın hərəkətlərini “bir növ müharibə elanı” və “qəbuledilməz” adlandırıb.

Polad və bəzi digər Rusiya malları Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Aİ-nin tətbiq etdiyi sanksiyalara məruz qalıb. Litva deyir ki, onun tədbirləri bu marşrut üzrə Rusiya mallarının normal tranzitinin yalnız 1%-ni əhatə edir və Rusiyanın Kalininqradın “blokadası” ilə bağlı söhbətini rədd edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »