Zaxarova:  Ukrayna keçmiş sərhədlər daxilində “artıq yoxdur və olmayacaq”

0

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna keçmiş sərhədləri daxilində “artıq yoxdur və olmayacaq”.

Zaxarova deyib: “Sizin və bizim keçmiş sərhədləri daxilində bildiyimiz Ukrayna artıq yoxdur və olmayacaq”. TASS xəbər verir ki, onun sözlərinə görə, “bu, açıq-aydındır”.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Ukraynanın ABŞ-a iki il ərzində MTQ (Mayeləşdirilmiş təbii qaz) tədarükünün ödənilməsi şərti ilə qaz “kredit-icarə” müqaviləsi bağlamağı təklif etməsi ilə bağlı xəbəri şərh edərək, Ukraynanın “iki ilə dünya xəritəsində ümumiyyətlə mövcud olacağına” şübhə etdiyini bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »