Türkiyəli səyyah: Qarabağda məni ən çox təsirləndirən yer düşmən tərəfindən tamamilə viranə qoyulmuş Ağdam oldu

0

Ağdamın erməni işğalından əvvəlki vəziyyətini fotolarda görmüşəm və əvvəlki Ağdamla işğala məruz qalaraq dağıdılan Ağdamın bugünkü vəziyyətini müqayisə edərkən ürəyim sızladı.

İctimairey.az xəbər verir ki. bu sözləri  Şuşaya səfər edən Türkiyəli Səyyah Uğur Dəmircan bildirib.

“İstanbuldan gəldim, Türkiyəni təmsil etmək üçün səyyahlara qoşuldum və dünyanın məhşur səyyahları ilə birlikdə Azərbaycana gəldik. Qarabağda bu günə qədər gördüyüm yerlər arasında məni ən çox təsirləndirən yer tamamilə viranə qoyulmuş Ağdam oldu. Buranın necə gözəl bir yer olduğunu erməni işğalından əvvəl çəkilən fotolarda gördüm. Azərbaycanlı qardaşlarımızın nələr çəkdiyini bir daha hiss etdim. Şəhər erməni işğalı nəticəsində tamamilə dağıdılıb. Dağıdılan yerləri gördükcə belə bir sual yaranır ki, nə üçün bu yerlər işğal edilmişdi? Bu sualın cavabı yoxdur. Şəhərdə yalnız Cumə Məscidinin divarları qalıb və hazırda təmir edilir. Ağdam, demək olar ki, tamamilə dağıdılıb ki, bu da çox kədərləndirici bir haldır”, – deyə Uğur Dəmircan əlavə edib. Azərtac

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »