Bakısa Liftlərin Son Durumu: 7 saat ərzində 9 nəfər liftdə qalıb.

0
  • Cəlilabad rayonunun Badamağac kəndində ümumi sahəsi 96 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 18 ton ot bağlamasının 12 tonu, yaxınlıqda ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə və damına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb.

İctimairey.az-a FHN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

  • Sumqayıt şəhərində “ГАЗел” markalı yük avtomobilinin salonu, banına çəkilən tent və yük yerinə yığılan karton, plastik taralar yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
  • Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Qaradağ, Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 9 nəfərin liftdən çıxarılması təmin edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »