Əlisahib Hüseynov MHP: “Şuşa hamımızı bir araya gətirən milli həmrəylik məkanıdır” – FOTO

0

Milli Həmrəylik Partiyasının (MHP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Şuşada Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

MHP mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirə iki ölkənin dövlət rəsmiləri, millət vəkilləri ilə bərabər, siyasi partiyaların sədrləri də qatılıb.Возможно, это изображение 3 человека, люди стоят и костюм

İki qardaş ölkənin ən böyük strateji anlaşması hesab edilən Şuşa bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) təmsilçiləri – sabiq Baş nazir Binəli İldırım, Numan Kurtulmuş, Efkan Ala, Milliyyətçi Hərakat Partiyasının (MHP) təmsilçisi, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və digərləri iştirak edirdi.Bir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Həmçinin hər iki ölkənin kənd təsərüfatı nazirlərinin, xarici işlər nazirlərinin müavinlərinin, müdafiə nazirlərinin müavinlərinin və digər rəsmilərin də təmsil olunduğu bu konfransın əsas hissəsində və panel müzakirələrində Şuşa Bəyannaməsinin çətiri altında Azərbaycanla Türkiyənin ötən bir il ərzində birlikdə gördüyü işlər və iki ölkə arasında əlaqələrin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıbBir 1 nəfər və ayaqda şəkili ola bilər

Konfransın işi barədə açıqlama verən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, ötən bir il ərzində Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni, hərbi müstəvidə çox işlər görülüb, münasibətlər daha da inkişaf edib.

“Bir il bundan əvvəl Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin əsasında bölgədə yeni müttəfiqlik sisteminin formalaşdığını bütün dünyaya bəyan etdilər. İki ölkənin dostluq və qardaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxması bütövlükdə Cənubi Qafqazda sülh və sabitlik üçün, əməkdaşlıq və inkişafı üçün etibarlı zəmin yaradır. Ötən bir il ərzində Azərbaycanla Türkiyə arasında çox işlər görülüb. Siyasi, iqtisadi, hərbi sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə son bir ildə Azərbaycan Türkiyə dövlət başçılarının, xarici işlər və müdafiə nazirlərinin, digər rəsmi şəxslərin tez-tez bir araya gəldiyini müşahidə etmişik. Həmçinin Şuşa Bəyannaməsinin imzalanmasından sonra birgə hərbi təlimlərin sayı da artıb. Azərbaycanla Türkiyə beynəlxalq məsələlərdə də bütün addımlarını bir-birilə koordinasiya edir, vahid mövqedən çıxış edirlər. Bir sözlə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bütün sahələr üzrə sıx işbirliyinin formalaşması üçün olduqca böyük imkanlar açır. Azərbaycan-Türkiyə müttəfiqliyi əbədi və sarsılmaz olacaq”, deyə Əlisahib Hüseynov qeyd edibВозможно, это изображение 3 человека и люди стоят

Partiya sədri onu da vurğulayıb ki, iki ölkənin hakim partiyalarının – Yeni Azərbaycan Partiyasının (YAP) və Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşəbbüsü ilə təşkil edilən bu cür mötəbər beynəlxalq tədbirə Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyaların rəhbər şəxslərinin də dəvət edilməsi yeni siyasi münasibətlər sisteminin formalaşması baxımından olduqca əhəmiyyətlidir: “Bu həm yeni siyasi konfiqurasiyanın formalaşmasının real təzahürlərindən biridir, həm də milli həmrəylik və siyasi konsensus baxımından çox önəmlidir. Şəhidlərimizin və qazilərimizin şücaəti ilə işğaldan azad edilən Şuşa şəhəri bizim hamımızı bir araya gətirən milli həmrəylik məkanına çevrilib. Azərbaycan və Türkiyənin siyasi qüvvələri də bundan sonra ortaq hədəflər, birgə milli maraqlar əsasında fəaliyyət göstərəcək, Türk dünyasının ümumi maraqları naminə səylərini birləşdirəcəklər”.

MHP sədrinin sözlərinə görə, Şuşa Bəyannaməsi həm güclərimizin birləşdirilməsi üçün yeni “yol xəritəsi”dir, həm də tarixi ədalətin bərpası üçün zamanın yaratdığı əvəzolunmaz fürsətdir.

Sonda konfrans iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »