BƏRDƏ: Həkimə rüşvət verilmədiyi üçün əməliyyat olunmayan uşaq öldü — DƏHŞƏT

0

Azərbaycanda uşaq həkim rüşvət’xorluğunun qurbanı olub.

İctimairey. az Yenicag.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Vəfa Səfərova məlumat paylaşıb.

O qeyd edib ki, ana və atası olmayan, nənəsi tərəfindən himayə edilən uşaq ağacdan yıxılıb və xəstəxanaya aparılıb, lakin həkimlər əməliyyat üçün pul istəyiblər:

“Dünən gecə nənə zəng vurdu ki, bəs uşaq ağacdan yıxılıb xəstəxanadadır. Travma alıb, bağırsaq partlayıb, mənə kömək edin. Həkim 2500 pul istəyir əməliyyat üçün. Yalvarıb 1500-ə salmışam. Onun da 1200 manatını məsciddən, ordan-burdan toplamışam. 300 manat çatmır. Mənə kömək edin.

Yığdım həkim köməkçisini. Dedim o uşaq yetimdir. Onun nənəsinə el-aləm əl-ələ tutub kömək edir. O uşaqları zülmlə, zibillikdən qab toplamaqla saxlayır. O uşaqdan pul istəmək günahdır. Həkim köməkçisi isə bildirdi ki, əməliyyat 2500 manat edir. Biz 1500 salmışıq. Eybi yoxdur, 150 manat mən öz cibimdən verərəm. 150-ni də 2-3 günə tapsın, uşağı əməliyyata alaq. Mən də dedim ki, uşağı təcili yardımla göndərin Bakıya. Mən onu bir manatsiz əməliyyat elətdirim. Köməkçi bildirdi ki, göndərə bilmərik. Tərpətmək olmaz.

Yenidən nənəyə yığdım. Dedim, Səadət xanım, siz pul verməli deyilsiniz. Sığorta var, dövlət xəstəxanası var. Pulsuz olunmalıdır. Zəng etdim Həbibə Abdullaya. Vəziyyəti danışdım. Dedi, narahat olma, bu saat lazımi qurum rəsmiləri ilə əlaqə saxlayacam. Uşağı əməliyyat etsinlər. Mən də nənəyə dedim, pul vermə. Bərdə Rayon Xəstəxanasında Uşaq əməliyyat olunacaq. Saxla o pulu başqa ehtiyac üçün xərclə.

Səhər yuxudan durub nənəyə yığdım ki, uşağın son durumunu öyrənim. Dedi ki, uşaq öldü”.

Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova isə bunları deyib:

“Aidiyyəti üzrə Bərdə Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə müraciət olunub.

Təqdim olunan nömrə ilə (Səadət xanımın) dəfələrlə əlaqə saxlanılıb, zənglərə cavab verilməyib, daha sonra isə telefona zəng çatmayıb.

Həkim köməkçisinin nömrəsi kimi təqdim edilən nömrə və o adla həkim köməkçisi isə sözügedən xəstəxanada yoxdur.

Tərəfimizdən həmin nömrə ilə dəfələrlə fərqli nömrələrlə əlaqə saxlanılıb, telefona cavab verən şəxs tamamilə başqa sahədə çalışdığını israrla qeyd edib.

Bildirmək istəyirəm ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bərdə Rayon Mərkəzi Xəstəxanasına, eləcə də Ağdam Rayon Mərkəzi Xəstəxanasına o adlı xəstə qəbulu və ümumiyyətlə, qeyd olunan motivdə heç bir müraciət daxil olmayıb.

Məsələnin araşdırılmasının tərəfdarıyıq və diqqətdə saxlayırıq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »