Yollar nə vaxt açılacaq?
İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.
IctimaiRey.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.
“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, – deyə açıqlamada qeyd olunub.