Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov gələn həftə Rusiyaya rəsmi səfər edəcək və bu səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Bu, onların ölkə liderləri kimi ilk danışıqları olacaq.
Xatırladaq ki, Vladimir Putin bu ilin aprelində telefon danışığı zamanı Türkmənistanın yeni seçilmiş prezidentini Rusiyaya səfərə dəvət etmişdi.
Mayın 18-də Vladimir Putin Serdar Berdiməhəmmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Türkmənistan lideri bu mükafata “Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə” layiq görülüb.
Bu, Serdar Berdiməhəmmədovun bu ilin martında Türkmənistan prezidenti seçildikdən sonra, xarici dövlətə ilk rəsmi səfəri olacaq.
Xatırladaq ki, bir həftə əvvəl Türkmənistan rəhbəri Səudiyyə Ərəbistanına səfər edərək İslamın əsas ziyarətgahları olan Məkkə və Mədinəyə Ümrə Həccini (kiçik həcc) yerinə yetirib.
Comments are closed.