Bakıda gecə saatlarında dəhşət: Yaralılar var +HADİSƏ YERİNDƏN VİDEO

Bakının Nizami rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib .

IctimaiRey.az   xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı maşının sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərkən əvvəlcə “Daewoo” daha sonra “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində 4 avtomobil yararsız hala düşüb.”Hyundai” markalı avtomobilin sürücüsü və sərnişini Fərəcova Sarabəyim Rəhim qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Sabunçu xəstəxanasına yerləşdirilib.  Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Hadisənin dəqiq səbəbləri yaxınlıqdakı müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra məlum olacaq.

Comments are closed.

Tərcümə »