Kadırov: Zelenski, əllərini yuxarı qaldır və meydanda təslim ol!

0

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini əllərini qaldıraraq, Rusiya ordusuna təslim olmağa dəvət edib.

Kadırov Telegram-da yazıb: “Yaxın vaxtlarda, daha əvvəl dediyim kimi, Rusiya qüvvələri yeni taktikalardan istifadə edəcək, xüsusi əməliyyatın keçirilməsində hər gün daha effektiv və daha sürətli nəticələr əldə ediləcək”.

Bundan əvvəl Ramzan Kadırov Donbasa yeni könüllülər qrupunun göndərildiyini elan edib və izah edib ki, qrup üzvləri Donbasın müdafiəsinə getmək üçün, ölkənin hər yerindən gəliblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »