Bəy gəlinin boynuna toxunduğundan, subay qaldı

0

Hindistanda gəlin toyda bəyin toxunuşuna görə qəzəblənib

Hindistanın Karnataka ştatında gəlinin bəyin toxunuşuna görə küsməsi nəticəsində toy ləğv edilib.

Toyda 500 qonaq iştirak edib. Yerli adətlərə görə, bəylə gəlin çələngləri dəyişdirməli idi. Bəy qadının boynuna çələng asdıqda o, qəfil onu atıb və mərasimin keçirildiyi zaldan çıxıb. Onun sözlərinə görə, bəy əli ilə onun boynuna toxunub.

Bəyin yaxınları bu davranışından inciyib və onun subay qalmasına üstünlük veriblər. Bu, hər iki tərəf arasında kəskin mübahisələrə səbəb olub. Problemi həll etmək üçün, hüquq-mühafizə orqanları işə qarışmalı olub.

Polis hər iki tərəfin mübahisə etməməsinə çalışsa da, bəyin ailəsi toy keçirməkdən qəti şəkildə imtina edib. Mərasim üçün hazırlanan yeməklər yerli məktəblərə paylanıb.

Bundan əvvəl də, Hindistanın Uttar Pradeş ştatının Unnao şəhərində qəzəbli gəlinin nişanlısının keçəl olduğunu son anda öyrəndikdən sonra, bəyi rədd etdiyi və toyu ləğv etdiyi bildirilib. Toy zamanı bəy huşunu itirib və parik başından düşüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »