Zelenski dünyanı gözləyən fəlakəti elan edib: Ehtiyatlar tükəndikdə…

0

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Qara dəniz və Azov dənizindəki əsas ixrac marşrutlarını bağlamağa davam etməsi səbəbindən hazırda Ukraynanın taxıl ixracının təxminən yarısının dayandığını və anbarlarda “22 milyon ton taxıl saxlanılır” bildirib.

Rusiyanın Ukraynanı işğalı davam edərkən, bütün ölkədə ərzaq böhranı yaşanır.

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə ixracı mümkün olmayan taxıllarla bağlı açıqlama verib.

Zelenski vəziyyəti qlobal ərzaq təhlükəsizliyi üçün potensial “fəlakət” kimi qiymətləndirərək, Rusiyanın Qara dəniz və Azov dənizi vasitəsilə ölkənin əsas ixrac marşrutlarını bağlamağa davam etdiyi üçün, Ukraynanın taxıl ixracatının demək olar ki, yarısının hazırda dayandığını qeyd edib.

Prezident Zelenski açıqlamasında “Bu gün anbarlarda 22 milyon ton taxıl saxlanılır. Biz onları lazım olan beynəlxalq bazarlara çıxara bilmərik”, – deyə o bildirib.

“Qıtlıq tək gəlmir, o, həmişə vəziyyəti daha da ağırlaşdıran, insanların həyatını məhv edən, insanlar üçün təhlükəli şərait yaradan siyasi xaosla müşayiət olunur. “İyul ayında bir çox ölkələr keçən ilki məhsul ehtiyatlarını tükəndirdikdə fəlakətin nə qədər böyük olduğunu anlayacaqlar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »