Mario Balotellinin qolu dünya gündəminə düşüb – VİDEO

0

Spor Toto Super Liqa komandalarından “Adana Dəmirspor”un italiyalı hücumçusu Mario Balotellinin “Göztepe” matçında 5 qolla göstərdiyi performans dünya mətbuatında gündəm olub.

Liqanın son həftəsində “Adana Dəmirspor” “Göztepe”ni qəbul edib və 7:0 hesabı ilə qalib gəlib. Matçda Mario Balotelli 5 qol vuraraq 18 qolla liqada ikinci olub.

FIFA “Göztepe” matçında Mario Balotellinin vurduğu 5-ci qolu rəsmi tvitter hesabında paylaşarkən, dünya mətbuatı Balotelli və Adana Dəmirsporu tərifləyib.

ZƏRBƏ İLƏ BİTİRDİ!

Mario Balotelli cərimə meydançasına daxil olduqdan sonra, Göztepeli futbolçulardan driblinqlə uzaqlaşdı və daha sonra “rabona” ilə qola imza atdı. İtaliyalı futbolçunun möhtəşəm qolu qısa zamanda gündəmə gəlib.

ALEKSDƏN SONRA İLK DƏFƏ!

Fənərbaxçanın əfsanəsi Aleks de Souza 2010-2011 mövsümündə Ankaragücünə 5 qol göndərdikdən sonra Balotelli liqada bir matçda bu qədər qol vuran ilk futbolçu oldu.

Digər tərəfdən Superliqa tarixində Mario Jardel, Şota Arveladze və Cenk İşler bir matçda 5 qol vuran digər futbolçulardır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »