“Coca-Cola” kimyaçısı 120 milyon dollarlıq ticarət sirrini oğurlayıb. 14 il həbs – FOTO

0

NextShark xəbər verir ki, ABŞ-da kimya mühəndisi Çində şirkət yaratmaq üçün, içki qabının üzlüyünün tərkibinə dair kommersiya sirlərini oğurladığı üçün 14 il həbs cəzasına məhkum edilib.

59 yaşlı Xiaorong Shannon Yu, Tennessi ştatının Qreenville şəhərində federal hakim tərəfindən ticarət sirlərini oğurlamaq sui-qəsdi, iqtisadi casusluq etmək sui-qəsdi, oğurlanmış ticarət sirlərinə sahib olmaq, iqtisadi casusluq və tel fırıldaqçılığı ittihamları ilə məhkum edilib.

Bundan əlavə, o, 200.000 dollar cərimə ödəməli olacaq.Coca-Cola допустила окончательный уход из России: Бизнес: Экономика:  Lenta.ru

Onun tərkibində bisfenol A (Bisfenol adətən ağ qranullar şəklində olan bir kimyəvi maddədir.) olmayan örtüklərin tərkibi ilə bağlı məlumatları oğurladığı iddia edilir. Şirkətlər potensial sağlamlıq risklərinə görə, bisfenol A -sız alternativlər hazırlamağa başlayıblar.

2012-ci ilin dekabrından 2017-ci ilin avqustuna qədər Yu The Coca-Cola şirkətində baş qlobal tədqiqat mühəndisi vəzifəsində çalışıb. 2017-ci ilin sentyabrından 2018-ci ilin iyun ayına qədər o, həmçinin Eastman Chemical-da Qablaşdırma Tətbiqlərinin İnkişafı üzrə Meneceri vəzifəsində çalışıb.Coca Cola обновит дизайн своей упаковки

Ticarət sirrinin hazırlanması şirkətlərə təxminən 120 milyon dollara başa gəlir.

Prokurorluq qadının Çində bisfenol A örtüklər şirkəti qurmağa ümid etdiyini söyləyib. O və korporativ tərəfdaşı Veihai Jinhonq Group yeni şirkəti dəstəkləmək üçün, Çin hökumətindən milyonlarla dollar qrant alıb.

 81 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »