Azad Qadın: Dəfni üsyana çevrilən SƏRİYYƏ XƏLİLOVA

0

BİR VAXTLAR BAKIDA BÖYÜK ƏKS-SƏDA YARADAN HADİSƏ

Dəfni üsyana çevrilən SƏRİYYƏ XƏLİLOVA

Bu heykəli yəqin ki, Bakıda-Nizami metrosunun yaxınlığında hamınız görmüsünüz. Əvvəllər çoxları onu Cəfər Cabbarlının qəhrəmanı Sevilin abidəsi kimi bilirdilər, amma…

Bu Səriyyə Xəlilova adında bir qadının heykəlidir. Qardaşı onu bıçaqla qətlə yetirir, atası isə cinayəti öz boynuna götürüb güllələnir.

Səriyyə Xəlilova 1897- ci ildə Bakıda doğulub. Onun 3 qardaşı olub, Soltan Əhməd, Ağamehdi və Ələkbər. Ataları oxumuş adam olduğundan el məclislərində mollalıq edirmiş. O hökümət məmurlarının bütün təzyiqlərinə baxmayaraq ilahiyyatdan, mollalıqdan əl çəkmir. Oğlanları da öz məhəllələrində hörmətli cayıllarından sayılırdılar.

Günlərin birində Səriyyə məktəbdə komsomol təbliğatına qoşularaq, nümayişkaranə tərzdə çadrasını başından atır. Sonralar isə idman paltarı, şalvar, köynək geyinməyə başlayır. Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünməsi qardaşların məhəllə içərisində başını aşağı edir. Artıq camaat onları barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirlər. Bu vəziyyətə dözə bilməyən qardaşı Ələkbər bədxah adamların fitnə-felinə uyaraq, əlini bacı qanına bulayır. O, 1933-cü ildə 36 yaşlı bacısını bıçaqlayıb öldürür. Bəzi mənbələrə görə, Səriyyənin ölümündə atasının əli olduğu deyilir.

Atası isə, öz sevimli oğlunun həyatını xilas etmək üçün, qətli öz boynuna götürür. O ahıl yaşında dəhşətli qatil kimi cəmiyyətə təqdim olunur və zindana salınır.BakililaR on Twitter: "Baki "azad qadın” heykəli #azerbaycan #baku #aztwi #azadqadin http://t.co/fKrqjBCU" / Twitter

Bu hadisə Bakıda böyük əks-səda doğurur. Bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya belə müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirlər.

Səriyyənin dəfn mərasiminə minlərlə qadın qatılır, onun öldürülməsilə bağlı dərin hiddətlərini bildirirlər.

Onun tabutu arxasınca gedən qadınlar əl-ələ verərək çadralarını çıxarıb tullayırlar. Bu əsl Qadın tətili idi..

Beləliklə, qısa bir məhkəmə keçirilir. Səriyyənin atası ölüm cəzasına məhkum edilir və onu güllələyirlər. Qardaşı Ələkbərə isə, 10 il həbs cəzası verilir.

Beləliklə, “Azad qadın” heykəlinin həyati prototipi əslən Səriyyə Xəlilovadır.

ElladaMƏMMƏDLİ

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »