Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar

0

“Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən, o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı – yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər. Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və həm də Vətən sevgisi.

Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə, Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu fikirləri XüsusiTəyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissənin şəxsi heyəti qarşısındakı çıxışında səsləndirdi.

İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, münaqişələrlə məşğul olan insanlar bu gün də, Azərbaycanın qazandığı parlaq Zəfərdən və hərbçilərimizin göstərdikləri şüacətdən danışır. Vətən müharibəsində qazandığımız şanlı Qələbə ilə Azərbaycan tarixinə yeni bir səhifə yazıldı. Bu şanlı zəfər ölkəmizi bütövləşdirdi, Ermənistanın 30 illik işğalına birdəfəlik son qoyuldu. Bu Qələbə ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi. Əvvəlki illərlə müqayisədə Azərbaycanın beynəlxalq aləmdəki reytinqi də xeyli yüksəlib. Azərbaycan Silahlı Qüvvələrinin, xüsusilə də, Xüsusi Təyinatlı Qüvvələrin hər bir üzvü yüksək peşəkarlığı, qəhrəmanlığı və qibtəolunacaq Vətən sevgisi ilə bu işğalla barışmayacağını dünyaya əyani şəkildə nümayiş etdirdi. 30 il düşmən əsarətində olan həmin ərazilərdə indi əzəmətli Azərbaycan bayrağı dalğalanır.

Şuşada, Cıdır düzündə musiqi festifallarının, beynəlxalq tədbirlərin, dünya miqyaslı idman yarışlarının, poeziya günlərinin keçirilməsi tarixi Qələbəmizin bariz nümunəsidir. Bu qələbədə bütün hərbçilərimizin xidməti yüksək dəyərə malikdir. Xüsusilə, Xüsusi Təyinatlı Qüvvələrin Şuşanın işğaldan azad edilməsi zamanı göstərdiyi qeyri-adi qəhrəmanlıq dillər əzbəri olub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı  Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı da, bu məsələni diqqətə çatdırdı. XTQ- çilər gücü, iradəsi, peşəkarlığı və Vətən sevgisi ilə düşməni diz çökdürdü. Dövlət başçımız dedi ki, siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə, Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir. Ümumiyyətlə, Azərbaycan Ordusunda Xüsusi Təyinatlı Qüvvələr özünəməxsus çəkiyə və əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin Aprel döyüşlərində XüsusiTəyinatlı Qüvvələr yüksək döyüş hazırlığına, işğalçıya layiqli müqavimət göstərməyə, onları diz çökdürməyə layiq olduqlarını sübut etmişdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız düşmənin çoxsaylı hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. XTQ – çilər düşmənə təkcə hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurdu. Aprel döyüşləri, həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərdi.

İkinci Qarabağ müharibəsində isə, Xüsusi Təyinatlı Qüvvələr, sözün həqiqi mənasında, tarix yazdılar. Yalnız Şuşa şəhərinin düşməndən azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Onların bu şücaəti indi də dünya hərb tarixində öyrənilir. Bu döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələr düşmənə elə sarsıdıcı zərbələr vurdu ki, işğalçı erməni əsgərləri sonadək müqavimət göstərə bilmədi və silah-sursatını atıb qaçdılar. Düşmən, hətta, öz yaralılarını, cəsədlərini belə götürmədən döyüş yerindən qaçaraq, canlarını xilasetməyə çalışdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində necə böyük fədakarlıq sərgilədiyini bir daha təsdiq edir. Xüsusi Təyinatlı Qüvvələr yarandığı gündən Vətən müharibəsinədək həmişə öndə olublar. Ancaq İkinci Qarabağ döyüşlərində, tarixdə silinməz iz buraxdılar. Xatırladaq ki, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri Xüsusi Təyinatlı Qüvvələr yaradıldı. XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummillilider tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb. Ordu quruculuğunu daim diqqqət mərkəzində saxlayan Prezident, Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətinə, təchizatına, gündəlik məşqlərinə mütəmadi nəzarət edib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində düşmənə vurduğu ağır zərbələrlə nəyə qadir olduqlarını nümayiş etdirdilər. Ancaq işğalçılar Azərbaycan Ordusunun gücündən özləri üçün nəticə çıxarmadılar. Onların faşizm xisləti işğalçılıq siyasətini  dayandırmağa imkan vermədi. Hətta 2018-ci ildə “Günnüt” əməliyyatı zamanı aldıqları ağır zərbə də, düşmənə ibrət olmadı.

2020-ci il sentyabrın 27-də yenidən sərhədboyu ərazilərimizə hücum etdilər. Bu, artıq təxribat yox, müharibə idi. Bu müharibədə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə atılma həlledici amillərdən idi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə, dövlət başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”,“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər. Eləcə də müxtəlif orden və medallarla təltif olunublar. İkinci Qarabağ müharibəsindən sonra, Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı. Hazırda, bu bölməyə seçimin daha sərt olmasına baxmayaraq, maraq daha böyükdür və müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bu seçimin əsas şərtləri mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisidir.

Çingiz Qənizadə. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri. Hüquq üzrə fəlsəfə doktoru

İctimairey.az 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »