Avtobus sürücüsünü döyən şəxs saxlanıldı – VİDEO – FOTO

0

Daxili İşlər Nazirliyi Sumqatyıtda avtobus sürücüsünə hücum edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Sumqayıt şəhərində 7 nömrəli marşurut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Hadisə ilə bağlı, Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb.

Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »