Ukraynadan dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var

0

Ukraynanın Roven vilayətində Kiyev-Çop şosesində ağır yol qəzasının baş verdiyi yerdə 27 nəfərin meyiti tapılıb.

İctimaiRey.az   xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

“Roven vilayətində mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun toqquşduğu dəhşətli qəzada müstəntiqlər 27 nəfərin meyitini aşkarlayıb. Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq daşıyan maşının sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır”, – Qeraşenko çərşənbə axşamı teleqram kanalında yazıb.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »