Dollar bahalaşdı – TƏCİLİ

0

Qlobal bazarların gözü ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün açıqlayacağı faiz qərarındadır.

FED-in toplantısından öncə dollar indeksi və qızılın qiyməti diqqət çəkib. Belə ki, dollar bütün dünyada bahalaşıb.

Dollar indeksi təxminən 20 ilin ən yüksək səviyyəsinə – 104 punkta çatıb. Qızıl isə 1850 dollar qədər ucuzlaşaraq son 2 ayın ən aşağı səviyyəsinə görüb.

Təxminən 2 il davam edən pandemiya dövründə həyata keçirilən sərbəst pul siyasəti dünyada inflyasiyanı artırıb. Bu baxımdan FED-in faiz dərəcəsini ən azı 50% artıracağı gözlənilir.

Qeyd edək ki, FED mart ayında 3 ildən sonra ilk dəfə faiz dərəcəsini 25% artırmışdı./Bizim.media/

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »