ANAMA: Ötən ay 1701 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

0

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

İctimairey.az xəbər verir ki, ANAMA-dan  bildiriblər ki, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 1701,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

2020-ci il noyabrın 10-dan bu il aprelin 30-dək isə piyada əleyhinə 11 min 9, tank əleyhinə 5444 mina və 15 min 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bu müddət ərzində 9568,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Azərtac.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »