Ukraynadan şad xəbər gəldi: Bu ərazi alındı

0

Ukraynanın Silahlı Qüvvələri Russka Lozova (Xarkov vilayətinin Derqaçov icması) kəndinə daxil olub.

IctimaiRey.az  “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Derqaçev şəhərinin meri Vyaçeslav Zadorenko yerli sakinlərə istinadən bildirib.

“Bizə yerli sakinlər arasında etibarlı mənbədən daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Russka Lozovaya daxil olub. İndi döyüşlər kəndin ətrafında davam edir. Xarkov Regional Hərbi rəhbərliyindən rəsmi təsdiq gözləyirik”, – Zadorenko özünün feysbuk səhifəsində yazıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »