Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib – FOTO

0

28 aprel 2022-ci il tarixdə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilb.

İctimairey.az xəbər verir ki, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev ölkə Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və xarici siyasəti, müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə tərəqqi və inkişafa nail olunduğunu bildirərək, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin də uğurla icra edildiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələr verməklə, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, korrupsiya hüquqpozmalarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı dönüş yaradılmış, prokurorluqların fəaliyyətində şəffaflığın, bürokratizmin aradan qaldırılması təmin edilib.Возможно, это изображение 6 человек, люди стоят, костюм и в помещении

Baş prokuror Kamran Əliyev əldə olunmuş uğurların davamlı xarakter alaraq daha da inkişaf etdirilməsində Bakı şəhərinin prokurorluq orqanlarının xüsusi rol və əhəmiyyətini vurğulayaraq, şəhər prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə əmin olduğunu bildirib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə çalışacaqlarını qeyd etdib.Возможно, это изображение 9 человек и люди стоят

Müşavirəyə yekun vuran Baş prokuror Kamran Əliyev Bakı şəhərinin prokurorluq orqanlarının fəaliyyətinin cinayət və cinayət-prosessual qanunvericiliyinin, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun və sair normativ xarakterli hüquqi aktların tələblərinə uyğun surətdə digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə qurulmasına dair konkret tapşırıqlar verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »