“Azərsun Sənaye Parkı”na dəyən ziyanı sığorta şirkəti qarşılayacaq

0

“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.

Bunu holdinqə məxsus, Parkın sığorta olunduğu “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.

Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kv.m-lik hissəsində yanğın söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.

XXX

“Azərsun Sənaye Parkı”nda ötən gün baş verən yanğında dəymiş ziyana görə sığorta ödənişi veriləcək.

Bu barədə “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova bildirib.

Ş.Nəcəfovanın sözlərinə görə, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub:

“Ziyan dəymiş anbarlar həm daşınmaz əmlakın icbari sığortası, həm də daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb. O cümlədən, anbarda yanan məhsullar da əmlak sığortası üzrə sığortalı olub”.

Sığorta ödənişinin məbləğinə gəlincə, Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »