Kreml müharibənin tezliklə başa çatacağını AÇIQLADI

0

Moskva Ukraynadakı xüsusi hərbi əməliyyatın yaxın gələcəkdə tamamlana biləcəyini gözləyir.

Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiya Federasiyası ümid edir ki, yaxın günlərdə, yaxın gələcəkdə əməliyyat öz məqsədlərinə çatacaq, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatacaq”,- Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar 44 gündür davam edir. İndiyədək Rusiya ordusunun 19 minə yaxın hərbçisi həlak olub, 5 mindən çox zirehli texnika sıradan çıxarılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »